Skip to content

 TWI Azərbaycan 2024-cü il kurs cədvəlini yükləyin      Yüklə

Bu kursda kimlər iştirak edə bilər?

CSWIP Qaynaq İnspektoru kursu inspeksiya mühəndisləri və nəzarətçi heyət üçün nəzərdə tutulmuşdur. Qaynaq təcrübəsi az olan və ya olmayanlara bu kursa hazırlaşmaq üçün CSWIP Vizual Qaynaq İnspektoru kursunda iştirak etmələri tövsiyə olunur.

 

Mən nə öyrənəcəyəm?

Bu kursda siz Qaynaq inspektorunun vəzifə və məsuliyyətlərini, o cümlədən ərimə ilə olan qaynaq proseslərini, polad növlərini (karbon-manqan, aşağı lehimli və paslanmayan poladlar daxil olmaqla), tipik qaynaq qüsurlarını, qaynaq qabiliyyətini, poladların sərtləşməsini, termiki emal və ana metal qüsurlarını öyrənəcəksiniz. 

Proqram həmçinin ana metalların və qaynaqların sınaqdan keçirilməsini, vizual inspeksiyanı, dağıdıcı və qeyri-dağıdıcı sınaq üsullarını əhatə edir. 

Siz həmçinin kodlar və standartları, qaynaqçı və prosedurların təsdiqini və təhlükəsiz iş təcrübələrinin sxemini öyrənəcəksiniz. 

Bundan əlavə, siz bu kursa hazırlayan TWI-nin onlayn CSWIP Qaynaq İnspektoru Öncədən-Öyrənmə paketini əldə edə bilərsiniz. 

Bütün CSWIP tələb sənədləri www.cswip.com saytında mövcuddur.

 

Giriş tələbləri hansılardır?

  • WI-6-92 CSWIP sənədinin 1.2.2-ci bəndində sadalanan vəzifə və öhdəliklərlə bağlı təcrübəyə malik minimum 3 il Qaynaq İnspektoru kimi iş təcrübəsi, ixtisaslı nəzarət altında, müstəqil şəkildə təsdiqlənmış VƏ YA
  • WI-6-92 CSWIP sənədinin 1.2.1 və 1.2.2 bəndlərində sadalanan sahələrdə vəzifə öhdəlikləri ilə minimum 2 il təcrübəli sertifikatlı Vizual Qaynaq İnspektoru VƏ YA
  • Ən azı bir il Qaynaq üzrə Təlimatçı və ya Qaynaq Ustası/Nəzarətçisi

Yuxarıda göstərilənlərə əlavə olaraq, namizədlər www.cswip.com saytında mövcud olan WI-6-92 sənədinin 1.3.4-cü bəndinə riayət etməlidirlər.

Bütün iş təcrübəsi ya əvvəlki, ya da indiki işəgötürəniniz/şirkətiniz tərəfindən təsdiqlənməlidir.

Kursun tam təfərrüatlarını burada oxuyun.

 

Qeydiyyat üçün bizimlə əlaqə saxlayın

Ətraflı məlumat üçün bizə yazın:


enquiry@twi-cs.com